- 4 apr 2026
AVTOKAR SÜRÜCÜSÜ AXTARILIR!
2018-ci ildən fəaliyyət göstərən “878 Bizim Yükdaşıma və Evakuasiya” MMC yükdaşıma və logistika sahəsində ölkənin sürətlə inkişaf edən şirkətlərindən biridir. Yükdaşıma ilə başlayan fəaliyyətimiz bu gün Evakuasiya, Usta, İşçi qüvvəsi, Anbar və Avtokar xidmətlərini də əhatə edir.
Hazırda komandamıza məsuliyyətli və peşəkar Avtokar sürücüsü dəvət edirik.
İş yeri: Bakı şəhəri
İş qrafiki: Növbəli
Əmək haqqı: Müsahibə zamanı namizədin təcrübəsinə əsasən müəyyən ediləcək
Vəzifə öhdəlikləri:
-
Anbar ərazisində yüklərin təhlükəsiz və düzgün daşınmasını təmin etmək
-
Malların yüklənməsi və boşaldılması prosesində iştirak etmək
-
Avtokarın texniki vəziyyətinə nəzarət etmək və nasazlıqları vaxtında bildirmək
-
İş prosesində təhlükəsizlik qaydalarına riayət etmək
-
Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək
Namizədə tələblər:
-
Avtokar idarə etmək üçün müvafiq sertifikat və ya icazə sənədi
-
Minimum 1 il iş təcrübəsi (üstünlükdür)
-
Məsuliyyətli, diqqətli və intizamlı olmaq
-
Komandada işləmək bacarığı
-
Fiziki cəhətdən sağlam və işə davamlı olmaq
-
Texniki avadanlıqlarla işləmək bacarığı
Təklif edirik:
-
Stabil və inkişaf edən şirkətdə iş imkanı
-
Peşəkar komanda ilə çalışma mühiti
-
Karyera inkişafı perspektivləri
-
Rəsmi əmək müqaviləsi
Maraqlanan namizədlər CV-lərini göndərə və ya bizimlə əlaqə saxlaya bilərlər.

